Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İranın cənubunda yerləşən Qoruq rayonu və Qeşm adasındakı radar sistemləri ilə pilotsuz uçuş aparatlarının idarəetmə mərkəzlərinə zərbələr endirdiyini açıqlayıb.
XQ xəbər verir ki, CENTCOM bu barədə "X" sosial şəbəkəsində paylaşım edib. Bildirilib ki, əməliyyat şənbə və bazar günləri İranın fəaliyyətlərinə, o cümlədən beynəlxalq hava məkanında ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulmasına cavab olaraq həyata keçirilib. Komandanlıq əməliyyatın müdafiə məqsədli olduğunu vurğulayıb.
ABŞ tərəfinin iddiasına əsasən, əməliyyat zamanı hava hücumundan müdafiə sistemləri, yerüstü idarəetmə məntəqəsi və bölgədə dəniz nəqliyyatı üçün təhlükə yaratdığı ehtimal edilən iki zərbə tipli PUA məhv edilib.
CENTCOM həmçinin qeyd edib ki, əməliyyat nəticəsində ABŞ hərbçiləri arasında xəsarət alan olmayıb

