Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Əlahəzrət Kral III Msvati, Kraliça Ana, Esvatini Krallığının Hökuməti və xalqı adından Azərbaycan Respublikanın Müstəqillik Gününün 108-ci ildönümü münasibətilə Sizə səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırıram.
Esvatini Krallığı Azərbaycanın inkişaf yolunda əldə etdiyi irəliləyişi, beynəlxalq miqyasda mövqeyini, xalqın iradəsini, mətanətini təqdir edir.
Zati-aliləri, Sizin rəhbərliyinizlə Azərbaycan getdikcə daha da artan, qlobal əhəmiyyətə malik mövqeyə yüksəlmişdir və xalqınızın öz ölkəsinin nailiyyətləri ilə fəxr etmək üçün hər bir əsası vardır. Esvatini Krallığı ölkələrimiz arasında mövcud olan çox səmimi dostluq və əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirir və xalqlarımızın rifahı naminə qarşıdakı illərdə bu münasibətləri daha da möhkəmləndirmək niyyətindədir.
Bu əlamətdar bayram münasibətilə Zati-alinizə möhkəm cansağlığı və uğurlar, qardaş Azərbaycan xalqına isə davamlı sülh və rifah diləyirəm.
Hörmətlə,
Rassel Mmiso Dlamini
Esvatini Krallığının Baş naziri

