Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsi tərəfindən “Mətbuat tarixi və publisistika məsələləri” kitabının üçüncü cildi nəşr edilib. Toplu Ədəbiyyat İnstitutunun Elmi Şurasının 17 mart 2026-ci il tarixli 2 saylı qərarı ilə nəşr edilib.
Nəşrin elmi redaktoru və “Ön söz”ün müəllifi Mətbuat tarixi və publisistika şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Vüqar Əhməddir. Tərtibçisi həmin şöbənin elmi işçisi Leyla Məmmədovadır. Kitabın rəyçiləri filologiya elmləri doktorları Cahangir Məmmədli və Gülbəniz Babayevadır.
Kitabda institut və şöbənin elmi əməkdaşlarının “Şərqi-Rus”, “Molla Nəsrəddin”, “Səda”, “Elm və həyat” və başqa mətbuat orqanları, mətbuat xadimləri haqqında yeni faktlar və sənədlər əsasında yazılmış məqalələri yer alıb. Məqalələr filologiya elmləri doktorları Vüqar Əhməd, Elçin Mehrəliyev, Gülbəniz Babayeva, həmçinin filologiya üzrə fəlsəfə doktorları Rauf Sadıxov, Elmira Qasımova, Gülnar Səma tərəfindən yazılıb. Eyni zamanda şöbənin elmi işçiləri Dilbər Rzayeva, Şahanə Məmmədova Köçərli, Leyla Məmmədova, Samirə Kərimova və Hacıməhəmməd Mahmudovun da mövzu ilə bağlı məqalələri kitabda toplanıb.

