Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Pakistanın xarici işlər naziri İshaq Dar ABŞ və İran arasında mövcud gərginlik də daxil olmaqla, regional və qlobal təhlükəsizlik məsələlərini Kaja Kallas ilə müzakirə edib.
XQ xəbər verir ki, bu barədə İshaq Dar Aİ–Pakistan Strateji Dialoqunun 8-ci raundundan sonra keçirilən mətbuat konfransında məlumat verib.
Nazir bildirib ki, görüşdə ABŞ–İran münaqişəsi ilə yanaşı, Cənubi Asiya, Əfqanıstan, Avropa və Yaxın Şərqdə mövcud təhlükəsizlik vəziyyəti üzrə geniş və dərin fikir mübadiləsi aparılıb. O, tərəflərin qlobal təhlükəsizlik çağırışlarına dair müxtəlif aspektləri nəzərdən keçirdiklərini vurğulayıb.
İshaq Dar həmçinin Avropa İttifaqına ABŞ–İran gərginliyinin həlli istiqamətində Pakistanın vasitəçilik səylərinə göstərilən dəstəyə görə təşəkkür edib və İslamabadın bu istiqamətdə diplomatik həll yollarının tapılması üçün fəaliyyətini davam etdirəcəyini bildirib.
Onun sözlərinə görə, görüşdə təkcə təhlükəsizlik deyil, həm də ticarət, investisiya, miqrasiya və terrorizmə qarşı mübarizə sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

