AZAL kollektivi və mülki aviasiya nümayəndələri Fəxri xiyabanı ziyarət edib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

2 iyun – Azərbaycanda Mülki aviasiya işçilərinin peşə bayramı günü münasibətilə “Azərbaycan Hava Yolları” QSC-nin kollektivi və mülki aviasiyanın digər nümayəndələri Fəxri xiyabanı ziyarət ediblər.

XQ xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

Ziyarətçilər müasir müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək əziz xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər.

Eyni zamanda, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.
 

Sosial həyat