Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə İçərişəhərdə xüsusi tədbir keçirilib.
Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə baş tutan festivalda Azərbaycan Güləş Federasiyasının da guşəsi yer alıb.
Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, mərasimdə günün qəhrəmanları olan, güləş yolunda ilk addımlarını atan azyaşlı idmançılar müxtəlif güləş fəndləri nümayiş etdiriblər. Azərbaycan güləşinin tanınmış simaları – Namiq Abdullayev, Fərid Mansurov, Cəbrayıl Həsənov, Rövşən Bayramov, Hacı Əliyev, Vitali Rəhimov, Taleh Məmmədov və Ağahüseyn Mustafayev uşaqlarla görüşərək onlarla əyləncəli vaxt keçiriblər.
C.Həsənov, R.Bayramov, H.Əliyev və T.Məmmədov masterklas keçib. Azərbaycan güləş tarixində mühüm iz qoymuş pəhləvanların iştirakı ilə imza mərasimi də təşkil olunub.
Mərasimdə uşaqlar arasında müsabiqə keçirilib və onların güləşlə bağlı bilikləri yoxlanılıb. Qaliblərə hədiyyələr təqdim edilib.
Qabil YUSİFOĞLU
XQ







