Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Daxili İşlər Nazirliyində vəzifəyə yeni təyin olunmuş hakimlərlə görüş keçirilib. Bu barədə DİN Mətbuat Xidmətinin məlumatında bildirilir.
Görüşdə hüquq-mühafizə və məhkəmə institutları arasında formalaşmış səmərəli əməkdaşlıq, qanunun aliliyinin təmin edilməsi, vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsi kimi məsələlər müzakirə olunub.
Qeyd olunub ki, bu təmaslar praktiki məsələlərlə bağlı hakimlərin məlumatlılığının artmasına, hüquq sisteminin daha da təkmilləşdirilməsinə töhfə verir.
Daxili İşlər Nazirliyinin fəaliyyət istiqamətləri, asayişin və təhlükəsizliyin mühafizəsi, cinayətkarlıqla mübarizədə görülən işlər diqqətə çatdırılıb.
P.ƏMİRCANOV
XQ



