Bakıda Azərbaycan - ABŞ strateji tərəfdaşlığının prioritetləri nəzərdən keçirilib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

“Bakı Enerji Həftəsi” çərçivəsində ABŞ Dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Keyleb Orr ilə görüşümüzdə ölkələrimiz arasında iqtisadi tərəfdaşlığın strateji inkişaf prioritetlərini, ticarət, enerji, sənaye, süni intellekt, rəqəmsallaşma, kritik minerallar, mədənçilik və digər sahələrdə birgə fəaliyyətin perspektivlərini müzakirə etdik”.

XQ xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarovun “X” sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirilib.

“Regional bağlantıların gücləndirilməsinin iqtisadi aktivliyin artırılması baxımından əhəmiyyətini, Azərbaycan-ın Avropa, Mərkəzi Asiya, Cənubi Qafqaz və Yaxın Şərqi birləşdirən etibarlı platforma kimi mövqeyinin gücləndirilməsi istiqamətində əməkdaşlıq potensialını vurğuladıq”, - deyə nazir qeyd edib. 

İqtisadiyyat