Azərbaycan 14,8 milyon dollarlıq emal edilmiş meyvə-tərəvəz məhsulu ixrac edib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Bu ilin yanvar-aprel ayları ərzində ölkədən 14,8 milyon ABŞ dolları dəyərində 8,6 min tondan çox tərəvəz və meyvələrin emal məhsulları ixrac edilib.

Dövlət Gömrük Komitəsindən XQ-yə verilən məlumata əsasən, 2025-ci ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə ixracın dəyəri 22,1 faiz, həcmi isə 8,1 faiz artıb.

Cari ilin ilk dörd ayında bu kateqoriyadan olan məhsulların ümumi ixracda xüsusi çəkisi 0,13 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 0,32 faizə bərabər olub.

İqtisadiyyat