Xaricdə Azərbaycan dilinin tədrisi üzrə qrant müsabiqəsinin müddəti uzadılıb

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti 16 iyun 2026-cı il saat 17:00-dək uzadılır. 

XQ xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, müsabiqədə ümumi təhsil müəssisələrində Azərbaycan dilinin tədrisi üzrə ən azı 3 il pedaqoji staja malik olan və yaşı 60-dan çox olmayan şəxslər iştirak edə bilərlər.

Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin qəbulu [email protected] elektron poçtu vasitəsilə həyata keçirilir.

Qrant müsabiqəsi barədə daha ətraflı məlumatla bu linkdəki elan və şərtlər toplusu vasitəsilə tanış ola bilərsiniz.
 

Elm