Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Forthing Motor Azerbaijan və Ulduz Şokolad Fabrikinin birgə təşkilatçılığı ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş xüsusi tədbir keçirilib.
XQ xəbər verir ki, City Park Mall-da təşkil olunan bayram proqramı uşaqlar və valideynlər tərəfindən böyük maraqla qarşılanıb. Tədbir iştirakçılarına əyləncəli anlar yaşatmaq və uşaqların bayram sevincini bölüşmək məqsədilə müxtəlif sürprizlər hazırlanıb.
Günün ən diqqətçəkən məqamlarından biri Ulduz şokoladları ilə xüsusi dizaynda bəzədilmiş Forthing S7 EV avtomobili olub. Qeyri-adi görünüşü ilə ziyarətçilərin marağına səbəb olan avtomobil xüsusilə uşaqların diqqət mərkəzində yer alıb.
Balacalar avtomobilə yaxınlaşaraq onun üzərində yerləşdirilən şokoladlardan götürüb, bayramın sevincini doyunca yaşayıblar. Tədbir boyunca uşaqların üzündəki təbəssüm və xoş əhval-ruhiyyə tədbirin əsas rənginə çevrilib.
Forthing Motor Azerbaijan bildirib ki, Ulduz Şokolad Fabriki ilə əməkdaşlıq çərçivəsində reallaşdırılan bu təşəbbüsün məqsədi uşaqlara sevinc bəxş etmək, onların bayram gününü daha yaddaqalan etmək və ailələr üçün xoş atmosfer yaratmaqdır.
Tədbir iştirakçıları tərəfindən maraqla qarşılanan aksiya həm uşaqlara, həm də valideynlərə unudulmaz anlar yaşadıb və bayram gününə xüsusi rəng qatıb.

