“Qəbələ” üç futbolçu ilə vidalaşıb

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

“Qəbələ” Futbol Klubunda üç futbolçu ilə yollar ayrılıb.

Klubdan XQ-yə verilən məlumata görə, komandanın heyətində yer alan İbrahim Sanqare və Rüfət Əhmədovun müqavilə müddəti başa çatdığı üçün tərəflər arasında əməkdaşlıq yekunlaşıb.

Bundan başqa, Cənubi Afrika Respublikasının Stellenbosch FC klubundan icarə əsasında çıxış edən Turan Manafovun da icarə müqaviləsinin müddəti başa çatıb və futbolçu komandadan ayrılıb.

Beləliklə, “Qəbələ” yeni mövsüm öncəsi heyətdə dəyişikliklərə davam edərək üç futbolçu ilə vidalaşıb.

İdman