Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə Fransanın xarici işlər naziri Jan-Noel Barro arasında telefon danışığı olub.
XQ xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tərəflər regiondakı son vəziyyət, İsrailin Livana qarşı hücumları və bu addımların nəticələri ilə bağlı fikir mübadiləsi aparıblar.
Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər regional məsələlər də müzakirə olunub.

