ABŞ Dövlət katibinin köməkçisi Şəhidlər Xiyabanında olub

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

ABŞ Dövlət katibinin köməkçisi Kaleb Orr Şəhidlər Xiyabanını ziyarət edib.

XQ xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin "X" sosial şəbəkə hesabında paylaşım edilib.

“Dövlət katibinin köməkçisi Kaleb Orrun rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti Şəhidlər Xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçənlərin xatirəsini ehtiramla yad edib”, - paylaşımda qeyd olunub.
 

Siyasət