SOCAR ilə BCG şirkəti arasında Əməkdaşlıq Müqaviləsi imzalanıb

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Bakı Enerji Həftəsi çərçivəsində SOCAR ilə “Boston Consulting Group” (BCG) şirkəti arasında “Xəzər Regionunda Metan Emissiyalarının Azaldılmasının Sürətləndirilməsi” (Caspian Methane Emissions Abatement Accelerator) təşəbbüsünün icrasına dair Əməkdaşlıq Müqaviləsi imzalanıb.

SOCAR-dan XQ-yə bildirilib ki, sənədi SOCAR-ın vitse-prezidenti Əfqan İsayev və BCG şirkətinin idarəedici direktoru və baş tərəfdaşı Pattabi Seşadri imzalayıblar.

Qeyd edək ki, 2025-ci il 4 iyun tarixində Bakı Enerji Forumu çərçivəsində SOCAR BCG şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində, 2030-cu ilə qədər metan emissiyalarının minimuma endirilməsi istiqamətində fəaliyyəti sürətləndirmək üçün “Xəzər Regionunda Metan Emissiyalarının Azaldılmasının Sürətləndirilməsi” təşəbbüsünü irəli sürüb. Təşəbbüs Xəzər regionunda metan emissiyalarının azaldılması üzrə əməkdaşlığın gücləndirilməsi, birgə tədqiqat və araşdırmaların aparılması, metan emissiyalarının azaldılmasına yönəlmiş birgə layihələrin icrası, qarşılıqlı bilik mübadiləsi və effektiv təcrübələrin tətbiqi, Xəzər regionunda neft-qaz əməliyyatları zamanı emissiya azaldılması tədbirlərinin təşviq edilməsi məqsədi daşıyır.









İqtisadiyyat