Cəlilabadda elektrik təchizatında fasilə yaranacaq

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Cəlilabad Elektrik Şəbəkəsininn (EŞ) ərazisində 3 iyun tarixində 35/10 kV-luq "Cəlilabad" yarımstansiyasından çıxan 35 kV-luq "Göytəpə" hava xəttində təmir işi aparılacaq.

XQ xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar olaraq saat 12:30-dan 15:00-dək rayonun Göytəpə şəhəri, Muğan, Privolnoye, Ağdaş, Həziabad kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Sosial həyat