Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
İranın gecə hücumundan sonra Misirin milli aviaşirkəti olan "EgyptAir" 3 və 4 iyun tarixlərində Küveytə planlaşdırılan uçuşları ləğv edib.
XQ xəbər verir ki, bu barədə aviaşirkət açıqlamasında bildirib.
"EgyptAir rəhbərliyi bölgədəki vəziyyət sabitləşənə qədər 3 və 4 iyun tarixlərində Küveyt şəhərinə planlaşdırılan bütün uçuşları ləğv etmək qərarına gəlib", - deyə aviaşirkət bildirib.
Küveyt Mülki Aviasiya Baş İdarəsi daha əvvəl bildirib ki, 3 iyun gecəsi ölkənin beynəlxalq hava limanının sərnişin terminalına İran raketləri və pilotsuz təyyarəsi hücum edib. Hadisə nəticəsində bir nəfər ölüb, 63 nəfər yaralanıb. Aeroport binasına maddi ziyan dəyib.

