Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə Zəngilan şəhərində növbəti əmək yarmarkası keçirilib.
Bu barədə XQ-yə ƏƏSMN-dən məlumat verilib.
Aktiv məşğulluq tədbirində nasos qurğularının maşinisti, təmizləyici qurğuların operatoru, təmirçi-çilingər və s. peşə istiqamətləri üzrə vakansiyalar təqdim edilib.
Yarmarkada iştirak edən şəxslərə iş yerləri üzrə tələblər barədə məlumat verilib, vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılıb.
Vətəndaşlar Dövlət Məşğulluq Agentliyinin icra etdiyi məşğulluq proqramları barədə də məlumatlandırılıblar.

