Xəzər rayonunun Mərdəkan və Qala qəsəbələrində yeni cüdo zalları istifadəyə verilib.
Azərbaycan Cüdo Federasiyası tərəfindən hər iki zal müasir standartlara uyğun tatamilər və zəruri avadanlıqlarla təchiz olunub. Federasiyadan verilən məlumata görə, zallarda paltardəyişmə otaqları, məşqçi otaqları və digər köməkçi sahələr yaradılıb. Burada 200-dən çox idmançının cüdo ilə məşğul olması üçün əlverişli şərait təmin edilib.
Qeyd edək ki, 2022–2026-cı illər ərzində Gəncə, Sumqayıt, Qusar, Ağstafa, Zaqatala, Goranboy, Sabirabad, Zirə, Ağdaş, Kürdəmir, Astara, Cəlilabad, Tərtər, Qax, İmişli, Şabran, Daşkəsən və Yevlax da daxil olmaqla ölkənin müxtəlif bölgələrində yeni cüdo zalları istifadəyə verilib. Bununla yanaşı, Bakı və regionlardakı 202 idman zalına, ümumilikdə, 14 min 300 tatami paylanılıb.
Qabil YUSİFOĞLU
XQ

