Akademik Milli Dram Teatrı Konya Beynəlxalq Teatr Festivalında iştirak edir.
Festival çərçivəsində Türkiyə Dövlət Teatrlarının baş direktoru Tamer Qaradağlı və Akademik Milli Teatrın direktoru İlham Əsgərovun iştirakı ilə keçirilən görüşdə hər iki ölkənin mədəniyyət nazirliklərinin dəstəyi ilə teatrlar arasında əməkdaşlıq qurulması məmnunluqla qeyd edilib, bu təşəbbüsün ümumtürk teatr mədəniyyətinin inkişafına xidmət etdiyi bildirilib, yaradıcılıq müzakirəsi aparılıb.
Dünən Akademik Milli Dram Teatrı Vilyam Şekspirin “Kral Lir” əsəri əsasında hazırlanmış “Kral Lirin faciəsi” tamaşası ilə çıxış edib. Tamaşanın quruluşçu rejissoru və bəstəkarı Şota Rustaveli adına Gürcüstan Milli Teatrının baş rejissoru David Sakvarelidze, rejissoru Anar Babalıdır. Əsərin tərcümə və səhnə variantının müəllifi Kamran Nəzirli, quruluşçu və geyim üzrə rəssamı Vüsal Rəhim, işıq üzrə rəssamı Rafael Vaqifoğlu, rejissor assistenti Nərmin Həsənovadır. Səhnə döyüşü və plastik həll Bəhruz Əhmədliyə məxsusdur.
Tamaşada xalq artistləri Nurəddin Mehdixanlı, Sabir Məmmədov, əməkdar artistlər Münəvvər Əliyeva, Elnar Qarayev, Anar Heybətov, Elşən Rüstəmov, aktyorlar İlahə Həsənova, Rəbbilə Ələkbərzadə, Tural İbrahimov, Elsevər Rəhimov, Elçin Nurəliyev, Əliulla Vəliyev, Rəvan Səmədov, Vüsal Mustafayev, Kənan Hüseynov, Muhuma Sahov, Rüfət Əhmədov, Fərid Qarayev, Nicat İsgəndərov, Nihad Aslan və Aylin Həşimli iştirak ediblər.
XQ

