Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Bakıda aerobika və akrobatika gimnastikası üzrə Dünya Kuboku yarışları başlayıb.
Yarışlar paytaxtdakı Milli Gimnastika Arenasında keçirilir. İlk yarış günündə iştirakçılar final mərhələsinə vəsiqə qazanmaq üçün təsnifat çıxışlarını nümayiş etdirirlər.
Azərbaycan aerobika gimnastikası üzrə mübarizədə Sara Əlixanlı, Vladimir Dolmatov, Mədinə Mustafayeva, Arzu Ağayeva, Leyla Bejanova və Xədicə Quliyeva ilə təmsil olunur. Akrobatika gimnastikası yarışlarında isə Daniel Abbasov-Murad Rəfiyev və Seymur Cəfərov-Rəsul Seyidli kişi cütlükləri, həmçinin Anahita Başiri, Zəhra Rəşidova və Nəzrin Zeyniyevadan ibarət qadın qrupu ölkəmizin şərəfini qoruyur.
İyunun 7-dək davam edəcək Dünya Kubokunda 20-yə yaxın ölkədən idmançılar medallar uğrunda mübarizə aparırlar.

