Kiyev vilayətində dron zərbəsi nəticəsində dörd nəfər ölüb

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Kiyev vilayətinin Brovarı rayonunda yerləşən qida emalı zavodu Rusiyanın dron hücumuna məruz qalıb, nəticədə dörd nəfər həlak olub.

XQ xəbər verir ki, bu barədə Kiyev Regional Hərbi Administrasiyasının rəhbəri Nikolay Kalaşnik “Telegram” kanalında məlumat yayıb.

O bildirib: “Düşmənin Brovarı rayonundakı mülki müəssisəyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı dörd nəfərə çatıb. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”.

Qeyd olunub ki, bundan əvvəl bir nəfərin öldüyü, dörd nəfərin isə yaralandığı barədə məlumat verilmişdi.

Dünya