Kosta Aİ-yə üzvlük qaydalarını sadələşdirməyə çağırıb

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Avropa Şurasının prezidenti António Kosta yeni üzvlərin qəbulu ilə bağlı Aİ qaydalarının yumşaldılmasına çağırıb. O, Aİ-nin Qərbi Balkanlardakı tərəfdaşlarına bloka qoşulmaq istəklərini gerçəkləşdirməkdə “ciddi” olduqlarını göstərmək üçün genişlənməni sürətləndirilməli" olduğunu söyləyib.

Məlumatı “Euronews” verib. 

Kosta bəzi ölkələrin təxminən iyirmi ildir qeyri-müəyyən vəziyyətdə olduğu bir bölgədə həddindən artıq çətin və məyusluğa səbəb olan kimi tənqid olunan mövcud qaydaları sadələşdirməyin mümkün yollarını açıqlayıb.

“Hazırda bütün prosesi keçmək üçün 40 dəfədən çox səs verməliyik”, - deyə Kosta Euronews-a müsahibəsində bildirib və əlavə edib ki, Aİ proseduru “sadələşdirmək üçün qərarların qəbul edildiyi mərhələlərin sayını azalda bilər”.

Aİ-yə üzvlük prosesin bir neçə mərhələsində bütün üzv dövlətlərin yekdil təsdiqini tələb edir və bu da hökumətlərə veto qoymaq səlahiyyəti verir.

P.ƏMİRCANOV
XQ

Dünya