Si Cinpin Şimali Koreyaya dövlət səfərinə gedəcək

post-img

ÇXR Sədri Si Cinpin iyunun 8-də KXDR Dövlət İşləri Sədri Kim Çen Inın dəvəti ilə dövlət səfəri çərçivəsində Pxenyana gələcək. Bu barədə cümə günü Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq Əlaqələr Şöbəsinin rəsmi nümayəndəsinə istinadən "Sinxua" agentliyi məlumat yayıb.

Səfər iki gün davam edəcək. Səfərin gündəliyi və proqramı hələlik açıqlanmır. Dövlət başçılarının əvvəlki görüşü ötən ilin sentyabrında Pekində baş tutub; həmin vaxt Kim Çen In genişmiqyaslı hərbi paradı izləmək üçün öz zirehli qatarı ilə Çin paytaxtına gəlmişdi.

Cənubi Koreyanın "Yonhap" agentliyi ölkə prezidentinin administrasiyasına istinadən Si Cinpinin Şimali Koreyaya səfərinin mayın sonu və ya iyunun əvvəlində baş tuta biləcəyini xəbər vermişdi. Cənubi Koreya rəhbərliyi Çin liderinin Koreya yarımadası ilə bağlı məsələlərdə konstruktiv rol oynayacağını gözləyir.

XQ

Dünya