Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndərilib.
XQ-nin məlumatına görə, ümumi çəkisi 2475 ton olan dizel yanacağı 42 vaqonla Güzdək stansiyasından Böyük Kəsik istiqamətində yola salınıb.
Qeyd edək ki, indiyədək Azərbaycandan Ermənistana 10 min tondan artıq dizel yanacağı, həmçinin 979 ton Aİ-92 və 2955 ton Aİ-95 markalı benzin ixrac edilib.

