ADY yay mövsümündə daha sıx qrafik üzrə fəaliyyət göstərəcək

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

"Azərbaycan Dəmir Yolları" QSC tətil və məzuniyyətlər mövsümü yayda daha sıx qrafiklə fəaliyyət göstərəcək.

Bu barədə XQ-yə səhmdar cəmiyyətindən bildirilib.

Bildirilib ki, Bak-Ağstafa-Bakı marşrutu üzrə səfərlər 13 iyundan başlayaraq 31 avqusta qədər hər şənbə və bazar təşkil olunacaq.

Sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə edə bilərsiniz.

Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.

 

Sosial həyat