Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Allahın salamı, rəhməti və bərəkəti üzərinizdə olsun.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan məmnunam.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah arzulayıram.
Zati-alinizə ən yüksək ehtiramımı bildirirəm.
Hörmətlə,
Salman bin Həməd Al Xəlifə
Bəhreyn Krallığının vəliəhdi və Baş naziri

