Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Bakı Limanında bu ilin may ayında 812 min tondan artıq yük emal edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz çoxdur.
XQ xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları məlumat yayıb.
Məlumata görə, 2026-cı ilin yanvar-may aylarında limanda emal olunan konteyner yüklərinin həcmi 50 min TEU-nu ötüb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 faiz artım deməkdir.

