Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

“Elektron icra” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 12 oktyabr tarixli 306 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Rəqabət Məcəlləsində, “Sosial sığorta haqqında”, “Polis haqqında”, “Tibbi sığorta haqqında”, “Notariat haqqında”, “İcra məmurları haqqında”, “İcra haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”, “İnzibati icraat haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Nağdsız hesablaşmalar haqqında” və “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 14 iyul tarixli 249-VIIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 12 oktyabr tarixli 306 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 10, maddə 1175 (Cild I); 2024, № 2, maddə 241; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 8 may tarixli 137 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Elektron icra” informasiya sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 1.2-ci bənddə “İcra məmurları haqqında” sözləri “Dövlət icra məmurları haqqında”, “Xüsusi icra məmurları haqqında” sözləri ilə əvəz edilsin.

2. 2.1.2-ci yarımbənddə “icra məmurları və icra qurumlarının əməkdaşları” sözləri “dövlət icra məmurları, icra qurumlarının əməkdaşları və xüsusi icra məmurları” sözləri ilə əvəz edilsin.

3. 6.1.3-cü yarımbəndə “sənədlərinin” sözündən sonra “dövlət” sözü əlavə edilsin.

4. 11.3-cü bənddə “icra məmurunun” sözləri “dövlət və xüsusi icra məmurlarının” sözləri ilə əvəz edilsin.

 

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, “ 4 ” “ iyun ” 2026-cı il

№ 167

Nazirlər kabinetinin qərarları