Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 8 iyul tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gəmi agenti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 8 iyul tarixli 262 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 893 (Cild I); 2024, № 3, maddə 328, № 5 (II kitab), maddə 612; 2025, № 5, maddə 507, № 8, maddə 805) ilə təsdiq edilmiş “Gəmi agenti haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1. 4.1.3-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:
“4.1.3. səlahiyyətli şəxsi Azərbaycan Respublikasının dəniz nəqliyyatı sahəsində normativ hüquqi aktların tələbləri, liman adətləri, dəniz üzgüçülüyünün təhlükəsizliyi fəaliyyəti ilə bağlı xidmətlərə görə tariflər, o cümlədən Azərbaycan Respublikası Ticarət Gəmiçiliyi Məcəlləsinin 61.5-ci maddəsinə uyğun olaraq dəniz nəqliyyatı sahəsində göstərilən xidmətlərə görə haqqın məbləğləri, habelə tarif və xidmət haqları üzrə ödənişlərin həyata keçirilməməsinin hüquqi nəticələri barədə məlumatlandırmaq;”.
2. Aşağıdakı məzmunda 4.1.3-1-ci yarımbənd əlavə edilsin:
“4.1.3-1. gəmilərin limana gəlməsi, limanda olması və limandan çıxması barədə məlumatları Agentliyə elektron qaydada təqdim etmək;”.
3. 4.1.12-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“4.1.12. səlahiyyətli şəxsin adından maliyyə tapşırıqları üzrə ödənişləri (o cümlədən, bu Əsasnamənin 4.1.3-cü yarımbəndində qeyd olunmuş tarif və xidmət haqları üzrə ödənişləri) icra etmək və bununla bağlı sənədləri səlahiyyətli şəxsə təqdim etmək;”.
4. 4.1.15-ci yarımbəndə “Agentliyə” sözündən sonra “elektron qaydada” sözləri əlavə edilsin.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 21 ” “ may ” 2026-cı il
№ 155

