Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Xarici işlər naziri Ceyhun Bayramov iyul ayında Moskvaya səfər edəcək.
XQ TASS-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev məlumat verib.
Səfir bildirib ki, siyasi dialoq çərçivəsində dövlət başçıları səviyyəsində münasibətlərlə yanaşı, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun yaxın gələcəkdə, iyul ayında Rusiya tərəfinin dəvəti ilə Moskvaya işgüzar səfəri ilə bağlı razılıq əldə olunub.

