Küveyt Dövlətinin Baş naziri Şeyx Əhməd Abdullah əl-Əhməd əl-Sabahdan

post-img

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri cənab Prezident.

Dost Azərbaycan Respublikasının Müstəqillik Gününün ildönümü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi çatdırmaqdan sevinc duyuruq.

Fürsətdən istifadə edərək ölkələrimizi və xalqlarımızı birləşdirən möhkəm dostluq əlaqələrini alqışlamaqdan məmnunluğumuzu ifadə edir, bu əlaqələrin birgə maraqlar naminə daha da gücləndirilməsi niyyətində olduğumuzu vurğulayırıq.

Zati-aliləri, Sizə uzun ömür, cansağlığı, dost xalqınıza davamlı inkişaf və rifah diləyirik.

Ən xoş arzularla,

 

Şeyx Əhməd Abdullah əl-Əhməd əl-Sabah

Küveyt Dövlətinin Baş naziri

Məktublar