ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı yeni sanksiyaları nəzərdə tutan qanun layihəsini təsdiqləyib

post-img

ABŞ Konqresinin aşağı palatası Ukraynaya yardım və Rusiyaya qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsini bəyənib.

Sənədi Nümayəndələr Palatasının 226 üzvü dəstəkləyib, 195 nəfər isə əleyhinə səs verib. Qanun layihəsinin lehinə səs verənlər arasında 207 demokrat, 18 respublikaçı və bir müstəqil deputat yer alıb. Qanunun qüvvəyə minməsi üçün sənəd ABŞ Senatı tərəfindən də bəyənilməlidir.

Sözügedən qanun layihəsi baxılması üçün cari ilin aprel ayında təqdim edilib. Sənəd Ukraynanın Bərpası Fondunun yaradılmasını nəzərdə tutur və prezidentə müdafiə təyinatlı əmlakı Ukraynaya, eləcə də Şərqi Avropa ölkələrinə kredit və ya lizinqlə (icarəyə) vermək səlahiyyətini yenidən təmin edir. Bundan başqa, Pentaqona 2027-ci ilin sonunadək Ukraynaya kəşfiyyat sahəsində yardım göstərmək hüququ verilir. Dövlət Departamenti isə öz növbəsində Baltikyanı ölkələrin silahlı qüvvələrinin və sərhəd xidmətlərinin potensialını gücləndirmək öhdəliyini götürür. Sənəd, həmçinin ABŞ prezidentinə Rusiyaya qarşı sanksiyalar tətbiq etmək, aktivləri dondurmaq və əlavə ixrac rüsumları müəyyən etmək hüququ verir.

S.ELAY

XQ

Dünya