ABŞ-da yeni təhlükəli tropik həşərat parazitləri ilə peyda olub

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

ABŞ Kənd Təsərrüfatı Nazirliyi ölkədə təhlükəli tropik həşərat paraziti olan Yeni Dünya vinç qurdu (NWS) aşkar edib. “Bu, mal-qaraya, ev heyvanlarına, vəhşi heyvanlara və daha az hallarda insanlara və quşlara təsir edən ciddi bir zərərvericidir. NWS sürfələri canlı heyvanların toxumalarına nüfuz edərək mal-qaraya ciddi ziyan vurur və iqtisadi itkilərə səbəb olur”, - deyə nazirlik açıqlamada bildirib.

Təhlükəli NWS paraziti 1966-cı ildə Meksika sərhədi boyunca ABŞ-ın cənub ştatlarında məhv edilib. Mütəxəssislər hesab edirlər ki, bu həşəratın ABŞ-da peyda olması qlobal istiləşmə ilə bağlı ola bilər. Buna görə də bəzi tropik həşərat növləri uzun müddətdir görünmədiyi və ya heç vaxt mövcud olmadığı ərazilərdə getdikcə daha çox peyda olur.

2024-cü ilin aprel ayında Avropa Klinik Mikrobiologiya Cəmiyyətinin beynəlxalq konqresində qeyd edilib ki, Avropada əvvəllər tropik ağcaqanadların daşıdığı təhlükəli xəstəliklər sürətlə yayılır. Bu həşəratlar həmçinin malyariya, denge qızdırması, Qərbi Nil qızdırması və Sent-Luis ensefaliti də ötürür.

ABŞ Kənd Təsərrüfatı Nazirliyi qeyd edir ki, Texas ştatının bir qraflığında mal-qara arasında NWS sürfələri aşkar edilib. Federal və yerli hakimiyyət orqanları artıq “bu paraziti ABŞ-dan dərhal saxlamaq və məhv etmək” üçün birgə proqrama başlayıblar. Aşkarlama yeri ətrafında 20 kilometrlik sanitar zona yaradılacaq, burada karantin tətbiq olunacaq, mal-qaranın və insanların hərəkətləri izləniləcək və böyük həşərat sürülərinin hərəkətlərini izləyə bilən xüsusi proqram təminatı ilə təchiz olunmuş müşahidə kameraları şəbəkəsi yerləşdiriləcək.

Hazırladı:

M.MİRZƏ
XQ

Dünya