Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC-in) Zaqatala filialı 2026/2027-ci tədris ilində aşağıdakı ixtisaslar üzrə ödənişli əsaslarla təkrar ali təhsil almaq üçün sənəd qəbulunu elan edir
• 6004002 Biznesin idarə edilməsi
• 6004003 Dövlət və bələdiyyə idarəetməsi
• 6004004 İqtisadiyyat
• 6004005 Maliyyə
• 6004006 Marketinq
• 6004007 Menecment
• 6004008 Mühasibat
• 6008008 Turizm işinin təşkili
• 6006016 İnformasiya texnologiyaları
Təkrar ali təhsilə sənəd qəbulu ancaq elektron qaydada https://portal.edu.az/ və http://www.kabinet.unec.edu.az internet linkləri vasitəsilə həyata keçirilir. Göstərilən ixtisaslara qəbul olmaq istəyənlər tələb edilən sənədləri ilk növbədə https://portal.edu.az/ və bundan sonra isə http://www.kabinet.unec.edu.az portalları vasitəsilə elektron qaydada təqdim edir və müvafiq tələblərə cavab verdikləri halda təkrar ali təhsil almaq hüququnu qazanırlar.
Sənədlərin qəbulu 2026-cı il iyunun 3-dən avqustun 31-dək aparılacaqdır.
Təkrar ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri elektron formada təqdim etməlidirlər:
- Rektorun adına ərizə;
- Ali təhsil haqqında sənədin (diplomun) notarial qaydada təsdiqlənmiş surəti (diploma əlavə ilə birlikdə);
- 3x4 sm ölçüdə fotoşəkil;
- Şəxsiyyət vəsiqəsinin surəti.
QEYD: 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra universitetdə təkrar ali təhsil ala bilərlər.
Ünvan: Zaqatala, Əhməd Rəcəbli küçəsi 4, otaq 202.
Telefon: +994 24 22 5 30 56.
Mobil - (050) 788-70-03 (“WhatsApp” ünvanı)(070) 808-49-08 ( “WhatsApp” ünvanı)

