Putin: Ukrayna münaqişəsi tezliklə həll oluna bilər

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

4 iyun axşamı Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) çərçivəsində beynəlxalq xəbər agentliklərinin rəhbərləri ilə görüşüb və onların suallarını cavablandırıb.

Məlumatı “Anadolu” verib. 

O deyib ki, Ukraynadakı münaqişə Kiyev Ankoric müqavilələrinə əsaslanan güzəştlərə razılaşarsa, tezliklə həll oluna bilər.

Rusiya liderinin sözlərinə görə, Moskva münaqişəni sülh yolu ilə həll etməyə və bu razılaşmalarda nəzərdə tutulan kompromisləri qəbul etməyə hazırdır. Lakin Putin nəticə üçün Ukraynanın razılığının vacib olduğunu vurğulayıb.

Rusiya prezidenti qeyd edib ki, “razılaşma əldə etmək” niyyəti ilə Donetsk vilayətinin bütün ərazisi üzərində nəzarəti ələ keçirmək planları bir-birinə zidd deyil.

P.ƏMİRCANOV
XQ

 

Dünya