Si Cinpin Şimali Koreyaya səfərə gedəcək

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Çin Sədri Si Cinpinin 8 və 9 iyun axşamı Pxenyana iki günlük dövlət səfəri edəcəyi açıqlanıb. Bu, onun təxminən yeddi ildən sonra KXDR-ə ilk səfəri olacaq.

Məlumatı “Euronews” yayıb.   

Səfər Si Cinpinin ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putini Pekində ayrı-ayrılıqda qəbul etməsindən bir neçə həftə sonraya təsadüf edir.

Səfərin elanı həmçinin Şimali Koreyanın nüvə bombası komponentləri istehsal edən yeni bir müəssisəni təqdim etməsindən bir gün sonraya təsadüf edir. Ekspertlər hesab edirlər ki, bu addım Şimali Koreya lideri Kim Çen Inın Si Cinpinin gəlişindən əvvəl ölkəsinin nüvə dövləti statusunu möhkəmləndirmək istəyini nümayiş etdirir.

P.ƏMİRCANOV
XQ

Dünya