Tramp Putin və Zelenskinin görüşü ideyasını dəstəkləyir

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putin və Ukraynanın dövlət başçısı Vladimir Zelenski arasında şəxsi görüşün keçirilməsi ideyasını dəstəkləyib.

Məlumatı “Anadolu” verib. 

Tramp Ağ Evdə jurnalistlərə bildirib: “Düşünürəm ki, görüşsəydilər, əla olardı. Onlar buna son qoymalıdırlar”.

ABŞ lideri qeyd edib ki, belə bir görüşün mümkünlüyü ilə bağlı müzakirənin özü onu məmnun edib.

Cümə axşamı günü Zelenski Putinə açıq məktub göndərərək üçüncü bir ölkədə görüş təklif edib. O, mümkün məkanlar kimi İsveçrə, Türkiyə və ərəb ölkələrini qeyd edib. Zelenski Ukraynanın danışıqlar zamanı tam atəşkəsə və “hamının hamıya” prinsipi ilə məhbus mübadiləsinə hazır olduğunu bildirib.

Moskva da öz növbəsində Putinin Zelenski ilə danışıqlar üçün hazır olduğunu bildirmiş, lakin belə bir görüşün Rusiya xaricində keçirilməsi yalnız ilkin razılaşmalar yekunlaşdırıldıqdan sonra mümkün olacağını demişdi. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da məktubun məzmununun daha sonra Rusiya liderinə çatdırılacağını bildirib.

Zelenskinin üçüncü ölkədə şəxsi görüş təklifini şərh edən Peskov bildirib ki, əgər Ukrayna prezidenti Putinlə görüşmək istəsə, “Moskvaya gələ bilər”.

P.ƏMİRCANOV
XQ

Dünya