Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) ilə tərəfdaşlıq çərçivəsində Bakıda Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edir.
XQ xəbər verir ki, tədbir “Təbiətdən ilhamlanaraq, iqlim naminə və gələcəyimiz üçün” mövzusunda keçirilir.
Tədbirdə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Prezident İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı müraciəti səsləndirib.
Xatırladaq ki, Azərbaycan Ümumdünya Ətraf Mühit Günü ilə bağlı estafeti 2024-cü ildə Koreya Respublikasında keçirilən tədbirdə qəbul edib.

