Gəncədə marketdə istifadəyə yararsız məhsullar aşkar edilib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Gəncə şəhəri, Poçt qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Həsən Nizami oğlu Hüseynova məxsus marketdə yoxlama keçiriblər.

Bu barədə XQ-yə AQTA-dan məlumat verilib.

Bildirilib ki, baxış zamanı satışda “N1 Organik”, “Premium” əmtəə nişanlı saxta alkoqollu içkilər və istifadə müddəti bitmiş qida məhsulları müəyyən edilib. İçkilərin orjinaldan fərqli miqdarda doldurulduğu, istehsalçı barədə məlumatların düzgün qeyd edilmədiyi, müşayiətedici sənədlərinin olmadığı aşkarlanıb. Marketdə qida məhsullarının saxlanma şəraitinə riayət edilmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı məlum olub.

Sosial həyat