Müctəba Xamenei minlərlə məhkumun əfv edilməsinə razılıq verdi

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

İranın Ali rəhbəri Müctəba Xamenei 2 mindən çox məhkumun əfv olunmasına razılıq verib.

Bu barədə İranın "Mehr" xəbər agentliyi məlumat yayıb. Bildirilib ki, əfv qərarı müxtəlif kateqoriyalara aid məhkumları əhatə edir və müvafiq fərman Ali rəhbər tərəfindən təsdiqlənib.

Qeyd olunur ki, bu sənəd Müctəba Xameneinin Ali rəhbər vəzifəsinə seçilməsindən sonra imzaladığı ilk əfv fərmanıdır. Qərar ölkədə hüquqi-humanitar addım kimi qiymətləndirilir və məhkumların bir hissəsinin cəzadan tam və ya qismən azad edilməsinə imkan yaradır.

Əfv edilən şəxslərin dəqiq sayı və onların hansı kateqoriyalara aid olduqları barədə əlavə məlumatın yaxın vaxtlarda açıqlanacağı gözlənilir.

Dünya