May ayında ABŞ hərbçiləri Hörmüz boğazından 100-dən çox ticarət gəmisinin təhlükəsiz keçidinin əlaqələndirilməsinə kömək ediblər.
Bu barədə “The New York Times” (NYT) qəzeti mənbələrə istinadla məlumat yayıb.
Qəzetin yazdığına görə, ABŞ və İran arasında münaqişənin nizamlanması ilə bağlı danışıqların dalana dirənməsi səbəbindən bu strateji su yolu ilə hərəkət edən gəmilər üçün risklər hələ də qalmaqdadır.
Nəşr daha əvvəl ABŞ Mərkəzi Komandanlığının boğazdan keçən 70 gəminin hərəkətinə dəstək göstərdiyini bildirmişdi. Qəzetin məlumatına əsasən, həmin gəmilərin əksəriyyəti keçid zamanı transponderlərini söndürüb.

