Ermənistan hələlik obyektiv olaraq Avropa İttifaqına (Aİ) üzv ölkə statusuna hazır deyil. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan parlament seçkilərində səs verdikdən sonra jurnalistlərlə ünsiyyəti zamanı bəyan edib.
Paşinyan Ermənistanın Avrasiya İqtisadi İttifaqında iştirakını davam etdirməsini və ya Aİ-yə daxil olma prosesinə başlamasını müəyyən etmək üçün mümkün referendumla bağlı sualı cavablandırıb.
Siyasətçi qeyd edib: "Referendum o vaxt keçiriləcək ki, referendumun predmeti (mövzusu) olsun. Referendumun predmeti isə ən azı Ermənistanın Avropa İttifaqına daxil olmaq üçün rəsmi müraciəti, yaxud Ermənistanın Avropa İttifaqına üzv ölkə statusuna malik olması olmalıdır".
Paşinyanın sözlərinə görə, hazırda bu iki şərtdən heç biri mövcud deyil. Ermənistan hakimiyyəti ölkənin bu statusa hazır olmadığını anlayır, bunun üçün ilkin olaraq islahatlar aparmaq zəruridir.
XQ

