“Şamaxı” klubu futbolçu Həbib İsmayılovla əməkdaşlığını yeniləyib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

“Şamaxı” klubu futbolçusu Həbib İsmayılovla yeni müqavilə imzalayıb.

Bu barədə XQ-yə klubun mətbuat xidmətindən məlumat verilib.

Razılaşmaya əsasən, Həbib İsmayılov növbəti iki mövsüm ərzində də “Şamaxı”nın formasını geyinməyə davam edəcək.

Qeyd edək ki, “Şamaxı” Premyer Liqanın 2025/2026 mövsümünü 38 xalla 8-ci pillədə başa vurub.

İdman