Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov Moskvanın Kiyevlə qapalı kanallar vasitəsilə əlaqələri davam etdirdiyini bildirib.
Uşakovun sözlərinə görə, bu çərçivədə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşmək üçün Kiyevə tanınmış rusiyalı iş adamlarından biri də səfər edib. O, həmin şəxsin adını açıqlamasa da, Ukrayna KİV-ləri söhbətin Roman Abramoviçdən gedə biləcəyini ehtimal edirlər.
Bu açıqlamalar fonunda Kremlin sözçüsü Dmitri Peskov də məsələ ilə bağlı danışıb. O bildirib ki, əgər Zelenski Vladimir Putinə məktub göndərmək istəyirdisə, bunu ictimai bəyanatlar vasitəsilə deyil, birbaşa kanallarla edə bilərdi.
Rusiya rəsmilərinin açıqlamaları Moskva ilə Kiyev arasında rəsmi danışıqların məhdud olduğu şəraitdə tərəflər arasında qeyri-rəsmi və qapalı təmasların mövcudluğunu bir daha gündəmə gətirib.
XQ

