Üç ökənin xarici işlər nazirləri İstanbulda görüşəcək

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah İstanbulda Türkiyə–Azərbaycan–Gürcüstan xarici işlər nazirlərinin 10-cu üçtərəfli görüşünə ev sahibliyi edəcək.

XQ “Haber Global”a istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili iştirak edəcəklər.

Tərəflər iclas çərçivəsində üç ölkə arasında mövcud əməkdaşlığın vəziyyətini dəyərləndirəcək, həmçinin gələcək dövr üçün birgə fəaliyyət istiqamətlərini müzakirə edəcəklər.

Gündəliyə əsasən, regional proseslər, xarici siyasət məsələləri, Cənubi Qafqazda əməkdaşlıq, nəqliyyat və tranzit dəhlizlərinin inkişafı, enerji təhlükəsizliyi, eləcə də ticarət və iqtisadi əlaqələrin genişləndirilməsi əsas mövzular olacaq.

Məlumatda qeyd olunur ki, Hakan Fidan artan geosiyasi qeyri-müəyyənlik, iqtisadi çətinliklər və təhlükəsizlik çağırışları fonunda Cənubi Qafqazın strateji əhəmiyyətinin daha da yüksəldiyini vurğulayacaq.

Eyni zamanda, görüşdə üçtərəfli əməkdaşlıq mexanizminin regionda sabitlik və rifaha töhfə verən mühüm platforma olduğu, Türkiyənin Azərbaycan və Gürcüstanla əlaqələrinin isə regional inteqrasiya və sabitlik üçün önəmli rol oynadığı qeyd ediləcək. 

Siyasət