Paşinyan Bakıya səfər etmək niyyətini yenidən təsdiqləyib

post-img

Ermənistanın Baş naziri Nikol Paşinyan Bakıda keçiriləcək Avropa Siyasi Birliyinin sammitində iştirak etmək istədiyini bir daha bəyan edib.

Jurnalistlərə açıqlama verən Paşinyan bildirib ki, Ermənistan beynəlxalq əlaqələrini bütün istiqamətlər üzrə inkişaf etdirmək niyyətindədir:

"Mən həm Moskvaya, həm Vaşinqtona, həm də Brüsselə gedəcəyəm. Artıq demişəm ki, Bakıda keçiriləcək Avropa Siyasi Birliyinin sammitində iştirak etmək imkanı əldə edəcəyimə ümid edirəm. Biz beynəlxalq münasibətlərimizi tam şəkildə inkişaf etdirmək niyyətindəyik", – deyə Ermənistan hökumət başçısı vurğulayıb.

Paşinyan eyni zamanda Ermənistan-Rusiya münasibətlərində gərginliyin olduğu barədə iddiaları da şərh edib. O, bu mövzuda aparılan müzakirələrin "süni xarakter daşıdığını" bildirib və İrəvanın müxtəlif beynəlxalq tərəfdaşlarla münasibətlərini paralel şəkildə inkişaf etdirdiyini qeyd edib.

Qeyd edək ki, Avropa Siyasi Birliyinin növbəti sammitinin 2028-ci ildə Bakı şəhərində keçirilməsi nəzərdə tutulur və tədbirə Avropanın onlarla ölkəsinin liderlərinin qatılması gözlənilir.

XQ

Son xəbərlər