Şahbuz rayonunun Kükü kəndində dolu yağıntısı qeydə alınıb

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Naxçıvan Muxtar Respublikasında qeyri-sabit hava şəraiti müşahidə olunur.

Muxtar Respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən XQ-yə verilən məlumata görə, bəzi dağlıq və dağətəyi ərazilərdə yağıntılar qeydə alınıb.

Şahbuz rayonunun Kükü kəndində isə dolu yağıntısı düşüb. Bildirilib ki, dolu dənələrinin diametri təxminən 5 millimetr olub.

Ekologiya