Ermənistanda parlament seçkiləri: Paşinyanın partiyası xaricdəki elektron səsvermədə liderlik edir

post-img

Ermənistanın baş naziri Nikol Paşinyanın hakim "Vətəndaş Müqaviləsi" partiyası parlament seçkilərində xaricdə keçirilən elektron səsvermənin nəticələrinə görə liderlik edir. Partiya səsvermədə iştirak edən 410 seçicidən 330-nun dəstəyini qazanıb. Səslərin hesablanması Ermənistan MSK-da, qurumun rəhbəri Vaahn Ovakimyanın iştirakı ilə həyata keçirilib və canlı yayımlanıb.

Elektron səsvermədə Ermənistanın diplomatik və ya konsulluq nümayəndəliklərinin əməkdaşları, onlarla birlikdə xaricdə yaşayan və səsvermə hüququ olan ailə üzvləri, həmçinin uzunmüddətli ezamiyyətdə və ya təhsildə olan hərbi qulluqçular və onların xaricdə yaşayan ailə üzvləri iştirak etmək hüququna malik olublar. Səsvermə mayın 26-dan 29-dək keçirilib.

MSK sədri Ovakimyan mövzu ilə bağlı bu rəqəmləri açıqlayıb: "Ümumilikdə 537 nəfərin elektron qaydada səs vermək hüququ var idi. Onlardan 410 seçici səsvermədə iştirak edib. 22 bülleten etibarsız sayılıb. "Vətəndaş Müqaviləsi" partiyasına 330 vətəndaş səs verib, "Güclü Ermənistan" blokuna 13, "Ermənistan" blokuna isə 8 səs yönəlib".

XQ

Son xəbərlər