MegaSec ilə Özbəkistan arasında rəqəmsal tərəfdaşlıq güclənir

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

MegaSec Özbəkistan ilə strateji əməkdaşlıq istiqamətində yeni mərhələyə qədəm qoyur.

XQ xəbər verir ki, MegaSec-in direktoru Qabil Qasımovun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistanın Rəqəmsal Texnologiyalar naziri Sherzod Shermatov ilə rəsmi görüş keçirib.

Görüş zamanı kibertəhlükəsizlik, süni intellekt və rəqəmsal transformasiya sahələrində əməkdaşlıq imkanları müzakirə olunub, gələcək birgə layihələr üzrə fikir mübadiləsi aparılıb.

Rəqəmsal transformasiyanın sürətləndiyi müasir dövrdə güclü kibertəhlükəsizlik ekosisteminin formalaşdırılması strateji əhəmiyyət daşıyır. MegaSec regionda innovativ texnologiyaların və təhlükəsiz rəqəmsal gələcəyin inkişafına töhfə verməyə davam edir.
 

İKT